ABŞ prezidenti Donald Tramp İstanbulda keçirilən danışıqlardan əvvəl Ukrayna prezidenti Volodimir Zelenskinin davranışlarından narazı qalıb.
Teleqraf xəbər verir ki, bu barədə İspaniyanın “Publico” nəşri məlumat yayıb.
Məqalədə qeyd olunur ki, Zelenski fevral ayında Ağ Evdə gözlənilməz şəkildə Trampın qarşısına çıxandan bəri onun rəğbətini qazanmağa çalışırdı. Lakin Tramp Ukrayna liderinin tələskənliyini və Putinə birbaşa çağırışını bəyənməyib.
Yazıda bildirilir ki, Zelenskinin bu davranışı Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda baş tutan görüşün gərgin atmosferdə keçməsinə səbəb olub və Moskvanın danışıqlara etibarını sarsıdaraq, Kiyevin prosesi “sirkə” çevirmək cəhdlərinə bəhanə verib. Bu isə Kremlin hərbi əməliyyatlara davam etməsi üçün əsas yaradıb.
Nəşr hesab edir ki, Zelenskinin və Avropadakı tərəfdaşlarının Rusiya prezidentinə təzyiq göstərərək onu şəxsi iştiraka məcbur etməyə çalışması Kiyevə “bumeranq effekti” ilə geri dönüb.
Bundan əvvəl "Publico" nəşri İstanbul danışıqları ilə bağlı Zelenskinin "Putin üçün qurduğu tələdən" yazmışdı. Həmin yazıda qeyd olunurdu ki, Ukrayna lideri birbaşa efirdə mübahisə səhnəsi ilə bir növ "səhnələşdirilmiş şou" nümayiş etdirməyi planlaşdırırdı. Lakin Vladimir Putin bu çağırışı qəbul etməyərək görüşə şəxsən qatılmaqdan imtina edib.”.
Qeyd edək ki, Zelenski daha əvvəl Putinlə bağlı "atəşkəs istəmir" açıqlaması vermişdi.
18.05.2025, 13:15
88 baxış
Azad
Tramp Zelenskindən narazı qalıb
Paylaş: