Ötən il Gürcüstanda 1 592 nəfər ölkə vətəndaşlığını itirib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatından məlum olur.
Sənədə əsasən, Gürcüstan vətəndaşlığından məhrum olunmanın səbəbi digər ölkə vətəndaşlığının alınması olub.
İllik müqayisədə Gürcüstan vətəndaşlığını itirənlərin sayı 57% azalıb.
2024-cü ildə Gürcüstan vətəndaşlığına xitam verilənlər arasında Rusiya vətəndaşlığı alanlar (802 nəfər) üstünlük təşkil edib.
Hesabat dövründə 8 nəfər Azərbaycan vətəndaşlığını aldığına görə Gürcüstan vətəndaşlığını itirib. 2023-cü ildə isə bu say 11 təşkil edib.
Ötən il Gürcüstan vətəndaşlığı alanların sayı isə 3 587 nəfərə bərabər olub. Həmin şəxslərin arasında ilk yeri Rusiya vətəndaşları (2 361 nəfər) tutub. İkinci yerdə Almaniya (251 nəfər), üçüncü yerdə isə Ukrayna (175 nəfər) vətəndaşlarıdır.
25.04.2025, 17:10
84 baxış
Azad