Medianews.az
Gəncədə qidadan zəhərlənən 5 nəfərin <span style=color:red>SON DURUMU - YENİLƏNİB
132 baxış

Gəncədə qidadan zəhərlənən 5 nəfərin SON DURUMU - YENİLƏNİB

Gəncədə zəhərlənən ailə üzvləri evə buraxılıblar. Bu barədə Medianews.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 22.04.2025-ci il tarixində saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. "Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda qeyd edilib. 09:14 Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib. “Qafqazinfo”nun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır. İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.

Bizə qoşulun