21.04.2025, 07:31
85 baxış
Nailə
Bakının Nərimanov rayonunun bəzi küçələrində qaz olmayacaq
Bu gün Bakının Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Medianews.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunun A.Heydərov və Ə.Əliyev küçələrinin kəsişməsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə aprelin 21-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
Qaz təchizatı dayandırılan müddətdə Ağa Nemətulla, A.Heydərov, O.Əliyev, M.Nağıyev, Daş karxanası, Aşıq Pəri, Y.Nəsirov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.