17.04.2025, 13:01
159 baxış
Lamiyə
Neymar ağlaya-ağlaya meydanı tərk etdi
Braziliyanın "Santos" klubunun futbolçusu Neymar daha bir zədə alıb.
Lent.az bildirir ki, o, ölkə çempionatının "Atletiko Mineyro" ilə oyununda zədə səbəbilə meydanı göz yaşları içində tərk edib.
Qarşılaşma 2:0 hesabı ilə "Santos"un xeyrinə başa çatıb.
Braziliya çempionatının turnir cədvəlində "Santos" dörd xalla 12-ci yerdədir. Çempionata on xalla "Flamenqo" başçılıq edir.
Braziliya çempionatının cari mövsümündə Neymar iki oyun keçirib, qol vurmayıb.
Qeyd edək ki, yanvarın 28-də Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu Neymarla müqaviləni pozub. Bundan sonra braziliyalı vətəninə qayıdıb və "Santos"la müqavilə imzalayıb.