20.03.2025, 12:46
84 baxış
Lamiyə
Küveytdə işləmiş məşqçi Azərbaycan millisində
Azərbaycanın gənclərdən ibarət karate millisinin yeni baş məşqçisi müəyyənləşib.
“Qafqazinfo” xəbər verir ki, bu vəzifəni Elnur İbrahim icra edəcək.
Mütəxəssis 2002-2009-cu illərdə Azərbaycanın yeniyetmə və gənclərdən ibarət yığmasının, 2009-cu ildən 2024-cü ilə qədər isə Küveytin böyüklərdən ibarət komandasının baş məşqçisi olub.