18.03.2025, 09:45
165 baxış
Lamiyə
Oğlunu öldürüb cəsədini çamadana QOYDU
Rusiyada 9 yaşlı oğlunu öldürüb cəsədini çamadana qoyan anaya hökm oxunub.
Medianews.az xəbər verir ki, Perm sakinini İrina Şatova qətlə görə 18 il müddətinə azadlıqdan məhrum edilib.
O, uşağın meyitini çamadanda gizlədib və zibil qutusuna aparıb.
İstintaq müəyyən edib ki, cinayətin motivi qadının maliyyə problemləri olub. Şatova oğlunu öldürdükdən sonra intihar etməyi planlaşdırıb. Lakin o, daha sonra fikrini dəyişərək uşağın cəsədindən xilas olmaq istəyib.
Psixoloji müayinə nəticəsində məlum olub ki, Şatovanın oğluna qeyri-sağlam, psixopatik bağlılığı olub. Demək olar ki, həmişə onun yanında olub, uşaq bağçasına və məktəbə getməsinə icazə verməyib, həm də yaşıdları ilə ünsiyyətini məhdudlaşdırıb.
Məhkəmə zamanı Şatova törətdiyi əmələ görə peşman olduğunu bildirib.
Medianews.az