Medianews.az
Timsah uşağı parçaladı:<span style=color:red> ayağını YEDİ
162 baxış

Timsah uşağı parçaladı: ayağını YEDİ

Zimbabvedə timsahın hücumuna məruz qalan oğlanın qalıqları tapılıb. Medianews.az xəbər verir ki, 13 yaşlı Lyuis Mpofu dostları ilə çayda balıq tutarkən yoxa çıxıb. Uşaqlar onun timsah tərəfindən sürükləndiyini iddia etsələr də, böyüklər onun sadəcə boğula biləcəyini də bildiriblər. Xilasedicilər yalnız oğlanın sahildə qoyduğu paltarları tapıblar. Ertəsi gün kənd sakinləri axtarışlarını təkbaşına davam etdiriblər. Onlar meyiti hadisə yerindən 3 kilometr aralıda tapa biliblər. Sağ ayağında və belində diş izləri var idi və timsah sol ayağı tamamilə yemişdi. Medianews.az

Bizə qoşulun