31.01.2025, 18:18
143 baxış
Azad
Gənc müğənni qəzaya düşdü: beli qırılıb - VİDEO / YENİLƏNİB
Yanvarın 30-da Bakı-Quba magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan biri də gənc müğənni Ayla Şiriyeva (Aila Rai) olub.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, Şahdağdan qayıdarkən yolda qəzaya düşən şəxslər Sumqayıt Tibb Mərkəzinə yerləşdiriliblər.
Bu gün isə Ayla Şiriyeva Bakıdakı özəl xəstəxanalardan birinə köçürülüb.
Onun vəziyyətinin ağır olduğu bildirilir.
***
"Gənc müğənni Ayla Şiriyevanın beli qırılıb".
Medianews.az ARB TV-yə istinadən məlumat verir ki, bu barədə aparıcı Elgiz Əkbər verilişində danışıb.
O bildirib ki, Aylanın vəziyyəti kritikdir:
"Ayla Şahdağdan qayıdarkən ağır qəzaya düşüb. Onun beli qırılıb. Evin tək övladıdır. Hazırda çox ağır vəziyyətdə reanimasiyadadır".
Ətraflı süjetdə: