16.01.2025, 07:55
140 baxış
Lamiyə
Bayden vidalaşarkən bunları DEDİ
ABŞ-nin hazırkı prezidenti Co Bayden amerikalılara vida nitqi ilə çıxış edib.
Medianews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, o, həmvətənlərini ABŞ-nin əsas dəyərlərini qorumağa çağırıb.
“Mən hələ də Amerikanın müdafiə etdiyi ideyaya inanıram - institutlarımızın gücü və insanlarımızın xarakterinin önəmli olduğu bir ölkə. Bu qorunmalıdır. İndi ehtiyatda olmaq növbəsi sizindir”, - Bayden deyib.
O, administrasiyasının üzvlərinə, fövqəladə hallar işçilərinə, vitse-prezident Kamala Harris və həyat yoldaşı Cil Baydenə təşəkkür edib.