10.01.2025, 06:27
179 baxış
Lamiyə
Türkiyədə zəlzələ OLDU
Türkiyənin cənubunda yerləşən Hatay şəhərinin Yayladağı rayonunda 4 bal gücündə zəlzələ baş verib.
Medianews.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilir ki, hadisə yerli vaxtla saat 07:08-də (Bakı vaxtı ilə 08:08) baş verib.
Məlumata görə, zəlzələ yerin 13,3 kilometr dərinliyində meydana gəlib və vətəndaşlarda təşviş yaradıb.