Medianews.az
Küləyin sürəti artıb, dağlıq rayonlarda şaxta qeydə alınıb - <span style=color:red>FAKTİKİ HAVA
79 baxış

Küləyin sürəti artıb, dağlıq rayonlarda şaxta qeydə alınıb - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Medianews.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir. Bildirilib ki, yanvarın 5-i saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Binə, Çilov adası, Hacıqabul, Neftçalada duman müşahidə olunub. Narıncı xəbərdarlığa uyğun olaraq qərb küləyi arabir Daşkəsəndə 23 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Oğuzda 20 m/s, Naftalan, Qobustan, Lerikdə 18 m/s, Şəkidə 15 m/s-dək güclənib. Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 9 dərəcəyədək isti, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

Bizə qoşulun