Medianews.az
Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək - <span style=color:red>VİDEO
161 baxış

Təyyarə qəzasında həlak olan 24 nəfərin nəşi tibbi ekspertizadan keçiriləcək - VİDEO

"Təyyarə qəzasında həlak olan şəxslərin cənazələri bu gün ailələrinə təhvil veriləcək". Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib. O bildirib ki, nəşlər xüsusi ayrılmış avtomobillərlə birliyin üç şöbəsinə - Şərifzadə küçəsində yerləşən Patoloji Anatomiya Bürosuna, Sabunçu və Nəsimi rayon şöbələrinə aparılacaq: "Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında həlak olanların nəşi məhkəmə-tibbi müayinədən keçiriləcək. Ekspertiza rəyi tərtib edilərək Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək". Ə.Həsənovun sözlərinə görə, cənazələr bu gün ailələrinə təhvil veriləcək: "Qəzada həlak olanların nəşi müvafiq ekspertizadan sonra dəfn ediləcəkləri ünvanlara çatdırılacaq". Xatırladaq ki, bu gün "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün (pilotlar İqor Kşnyakin, Aleksandr Kalyaninov və təyyarə bələdçisi Hökümə Əliyeva) və 21 sərnişinin nəşlərini Bakıya gətirilib.

Bizə qoşulun