Medianews.az
Qadın qızardılmış toyuq <span style=color:red>yedikdən sonra öldü
179 baxış

Qadın qızardılmış toyuq yedikdən sonra öldü

Türkiyənin Dənizli şəhərinin Merkezefendi rayonunda may ayında dünyasını dəyişən qadının toyuqdan zəhərlənərək öldüyü müəyyən edilib. Medianews.az oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Məlumata görə, boşandığı əri Ümit Yeşil ilə birlikdə yaşayan Cennet Özveren adlı qadın mayın 12-də yatağında ölü tapılıb. Ümit Yeşil polisə verdiyi ifadəsində hadisədən bir gün əvvəl qızardılmış toyuq aldıqlarını, onu yedikdən sonra zəhərləndiklərini və xəstəxanada müalicə olunduqlarını bildirib. Bu səbəbdən Özverenin ölümü şübhəli bilinib və cəsədi autopsiya üçün Antalya Ədliyyə Tibb Qurumuna göndərilib. Ötən gün açıqlanan autopsiya hesabatında qadının toyuqdan zəhərləndiyi və buna görə həyatını itirdiyi qeyd edilib. Özveren və Yeşilin qızardılmış toyuq aldıqları mağazanın müdiri həbs olunub.

Bizə qoşulun