25.12.2024, 16:31
104 baxış
Azad
Təyyarə qəzasında yaralananlardan 11-nin vəziyyəti ağırdır
Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 11 nəfərin vəziyyəti ağırdır.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Manqistau vilayətinin səhiyyə departamenti məlumat yayıb.
“Ümumilikdə 29 zərərçəkən var: onlardan 27-si çoxsahəli rayon xəstəxanasına çatdırılıb. 27 nəfərdən 11-i ağır vəziyyətdə reanimasiyadadır. 11 və 16 yaşlı iki uşaq uşaq xəstəxanasına yerləşdirilib və əməliyyata hazırlanır”, - idarədən bildirilib.
Həkimlərin sözlərinə görə, uşaqlar qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sınıq və əzilmiş xəsarətlərlə, travmatik şok vəziyyətində daxil olublar.