Medianews.az
Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş
166 baxış

Təyyarə qəzasında həlak olan qadın xəstə qızını görməyə gedirmiş

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. AZAL-dan bildirilib ki, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Faciə nəticəsində həyatını itirənlərdən biri Anqubazova Məleykə Murtuzəli qızıdır. O, Balakən rayonunun Meşəşambul kəndindəndir. Medianews.az xəbər verir ki, onun əmisi oğlunun Modern.az-a verdiyi məlumata görə, mərhumun bir qız, bir oğlan övladı olub. "Məleykə təyyarə ilə Qroznı şəhərində yaşayan qızının yanına gedirmiş. Qızı xəstə olduğu üçün onu ziyarət etmək istəyib", - açıqlamada bildirilir. Qeyd edək ki, Prezident İlham Əliyevqəza nəticəsində həlak olmuş və xəsarət almış şəxslərin ailələrinə müvafiq yardım göstərilməsi barədə tapşırıq verib.

Bizə qoşulun