Medianews.az
Neymardan transfer <span style=color:red>AÇIQLAMASI
153 baxış

Neymardan transfer AÇIQLAMASI

"Əl-Hilal"ın hücumçusu Neymar Braziliyanın "Korintians" klubuna keçəcəyi barədə yayılan məlumatlara münasibət bildirib. QOL.az xəbər verir ki, o, sabiq komandası - Braziliyanın digər bir klubu "Santos"a hörmət etdiyi üçün belə bir transferin reallaşmayacağını bildirib: “Mən "Santos"u ən böyük klub hesab edirəm. Çünki "Santos" futbolun kralı Peleni və şahzadə Neymarı ortaya çıxarıb. "Korintians"a çox hörmət edirəm. Amma "Santos"a daha çox hörmət etmək lazımdır. "Santos" mənim sevimli komandam, ona görə də deyirəm ki, heç bir transfer ola bilməz”. Qeyd edək ki, Neymar ötən ilin yayından "Əl-Hilal"da oynayır. Onun klubla müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

Bizə qoşulun