16.12.2024, 05:29
118 baxış
Azad
İki qardaş qəzaya düşdü, üçüncü qardaş sürücüyə bıçaqla hücum etdi - VİDEO
Biləsuvar-Bəhrəmtəpə magistralının Nəsimikənd kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan "DAF" markalı yük avtomobili ilə "VAZ-21011" markalı minik maşını toqquşub, nəticədə birinci idarəetməni itirərək aşıb. Hadisə nəticəsində Əfqan və Nadir Qarayev qardaşları xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Medianews.az APA-ya istinadən xəbər verir ki, hadisə zamanı daha bir insident yaşanıb.
Belə ki, yoldan keçən digər nəqliyyat vasitəsinin sürücüsü dərəyə düşən yük maşının sürücüsünə kömək etmək məqsədilə hadisə yerinə enib. Həmin vaxt hadisə yerinə gələn yaralı qardaşların 3-cü qardaşı, həmin sürücünü qəza törədən yük maşınının sahibi ilə səhv salaraq ona bıçaqla hücum edib.
Nəticədə köməyə gələn sürücü qolundan bıçaq yarası alıb. Xəsarət alan sürücü də xəstəxanaya yerləşdirilib.