Medianews.az
Azərbaycanda ağır qəza - <span style=color:red>Ölən və yaralananlar var
90 baxış

Azərbaycanda ağır qəza - Ölən və yaralananlar var

Gecə saatlarında Salyanda ağır yol qəzası baş verib. Medianews.az qafqazinfo-ya istinadən xəbər verir ki, saat 01:40 radələrində 1996-cı il təvəllüdlü Məlikzadə Seymur Rafiq oğlunun idarə etdiyi "Renault Megan" markalı avtomobil rayonun Xalac kəndində hasara çırpılıb. İdarəetmədən çıxaraq daş hasara çırpılan avtomobilin sürücüsü hadisə yerində ölüb. 1997-ci il təvəllüdlü sərnişin Rəhmanov Şəhriyar Tofiq oğlu isə xəsarət alaraq Salyan Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib. Faktla bağlı Salyan RPŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizə qoşulun