Medianews.az
Rusiyada 23 nəfər restoran yeməklərindən <span style=color:red>ZƏHƏRLƏNDİ
96 baxış

Rusiyada 23 nəfər restoran yeməklərindən ZƏHƏRLƏNDİ

Rusiyanın Sankt-Peterburq şəhərində 23 nəfər Tokyo City restoranında yediyi yeməklərdən zəhərlənib. Medianews.az “Daily”ə istinadən xəbər verir ki, ötən gün 16 nəfər kəskin bağırsaq infeksiyası əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Restoran müdiri deyib ki, zəhərlənmə ilə bağlı heç kim şikayət etməyib və müəssisə həmişəki kimi fəaliyyət göstərir. Məlum olub ki, kütləvi zəhərlənmə ilə bağlı cinayət işi açılıb. Artıq 23 bağırsaq infeksiyası faktının qeydə alındığını bildirilir. 21 nəfər yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib, 12 xəstədə salmonella aşkar edilib. İndi restoran keyfiyyətsiz balığı hansı tədarükçünün gətirdiyini bilmədiyi üçün suşi və alabalıq yeməklərini müvəqqəti olaraq menyudan çıxarıb.

Bizə qoşulun