08.10.2024, 14:37
150 baxış
Nailə
Uraz Kayğılaroğlu tənqidlərdən sonra ilk dəfə danışdı: “Aktyorluğu atmağa hazıram” - VİDEO
Türkiyənin qanını donduran Ayşenur Halil və İkbal Uzunerin qətlindən sonra Uraz Kaygılaroğlunun sərgi üçün verdiyi pozalar yenidən gündəmə gəlib. Əlində qəssab bıçağı, qadın başı və qan içində poza verən Kaygılaroğlunun həmin fotolarını xatırladan bir çox insan reaksiyalarını bildirib.
Medianews.az xəbər verir ki, Nevşin Mengünün “YouTube” yayımına qatılan Uraz Kaygılaroğlu verdiyi poza görə üzr istəyib.
Uraz Kaygılaroğlu mürtəce pozası ilə bağlı bu açıqlamaları verib:
"Sərgi mənim deyildi. Başqa bir rəssamın sərgisi idi, mən onun yalnız bir əsərində iştirak etdim. Aprelin 16-da sərgiləndi və o vaxt sevgilimin ilk fərdi sərgisi idi. Reaksiyaların nəyə gələcəyini, qadın cinayətlərinə gəlib çıxacağını öncədən görə bilmədim. Cəmiyyətin dinamikasını, yaralarını nə qədər tətikləyəcəyini öncədən görə bilmədiyim üçün daha əvvəl üzr istəmişdim, lakin analdığım qədəri ilə bu üzr də qəbul edilməyib".
Kayqılaroğlu, sözlərinə belə davam edib:
"Həm Ayşənurun, həm də İkbalın ailəsi və sevənlərinə, həm də bütün Türkiyəyə üzgün olduğumu demək istəyirəm. Semih Çelik adlı caninin etdiyi bu eyləmin nəticəsində bu işin subyektlərindən biri halına gəlmiş olmaq məni çox üzür. Əsasən bu iş biraz akrobata bax kimi olur, yəni olub bitəndən əlavə bir hədəf müəyənləşir. Əslində mövzunun əsasımdan uzaqlaşırmış kimi oluruü. Əgər bunların bitməsi mən və mənim kimi üçüncü şəxslərin cəmiyyətdən uzaqlaşdırılması, bir daha göz önenə çıxmamasıdırda mən bunu sevə-sevə canı-könüldən qəbul edərəm. Bir daha səhnəyə, televizora çıxmaq məvburiyyətində deyiləm, başqa bir işlə məşğul olaram".
Medianews.az