Medianews.az
XƏBƏRDARLIQ: Sabah Bakıda leysan yağacaq
96 baxış

XƏBƏRDARLIQ: Sabah Bakıda leysan yağacaq

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir. Medianews.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib verib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 21-də günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Azərbaycanın rayonlarında sentyabrın 22-si axşamadək fasilələrlə yağıntılı hava şəraiti davam edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi aran, Lənkəran-Astara) leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Bizə qoşulun