ABŞ Kosmik Sistemlər Komandanlığının (SSC) "USSF-51" missiyası rəsmən başlayıb.
Medianews.az ntv.com.tr-yə instinadən xəbər verir ki, missiya çərçivəsində gizli hərbi yükü kosmosa daşıyacaq aerokosmik mühəndislik şirkətinə aid “Atlas V” raketi ABŞ-nin Florida əyalətindəki Cape Canaveral Kosmik Qüvvələri Stansiyasından uğurla buraxılıb.
“Atlas V” raketi ilə həyata keçirilən prosesin ABŞ üçün 58-ci və son milli təhlükəsizlik vəzifəsi olduğu açıqlanıb.
Daşınan yük və ya təyinat yeri haqqında ətraflı məlumat verilməyib.
Nailə QASIMOVA