02.06.2024, 09:02
75 baxış
Azad
İstanbulda bina çökdü: Dağıntılar altında qalanlar var
İstanbulun Küçükçekmece rayonunda dördmərtəbəli bina uçub.
Medianews.az oxu.az-a istinadla xəbər verir ki, hadisə yerinə yanğınsöndürmə briqadaları və təcili yardım qrupları göndərilib.
Kartaltəpə məhəlləsində baş verən hadisədə dağıntılar altında qalanların olduğu bildirilir.
Hazırda axtarış-xilasetmə işləri davam edir.