Medianews.az
ŞOK HADİSƏ! Ölü elan edilən uşaq dəfnində dirildi
73 baxış

ŞOK HADİSƏ! Ölü elan edilən uşaq dəfnində dirildi

Medianews.az "El Universal" qəzetinin verdiyi məlumata istinadən xəbər verir ki, üç yaşlı qız 17 avqustda   mədə ağrısı, qusma və qızdırma problemləri ilə Villa-de Ramosda yerləşən xəstəxanalardan birinə  çatdırılıb. Həkim uşağı  müalicə üçün Meksikanın mərkəzi San-Luis Potosi ştatında yerləşən  xəstəxanaya aparmağı tövsiyə edib. Həkimlər onun bədən temperaturunu aşağı salmaq üçün kiçik bədəninin üzərinə soyuq dəsmal qoyub və nəfəsalma səviyyəsinə nəzarət etmək üçün barmaqlarından birinə pult oksimetri yerləşdiriblər. Xəstəxanadan çıxarılan uşağın vəziyyəti yenidən ağırlaşıb. O, təkrar xəstəxanaya çatdırılanda həkimlər ölüm haqqında şəhadətnaməni yazıblar. Onlar bildiriblər ki, Kamilla müdaxilələrə baxmayaraq vəfat edib.  Dəfn mərasimi zamanı isə təəccüblü hadisə baş verib. Körpənin yaxınlarının  xəbərdarlığı ilə tabut açıldıqca balaca Kamilanın nəbzini hiss ediblər. Kamila təcili yardım maşını ilə Salinas xəstəxanasına qaytarılsa da, bu dəfə o, beynindəki laxtalanma səbəbindən aydın şəkildə ölüb. Medianews.az Aysel Şirinova  

Bizə qoşulun