İndiyəcən Qəbələdə olmamışdım. Çox tərifləyirdilər, amma yolum düşmürdü.
Bəlkə də 55 yaşından sonra qəfildən özündə simfonik musiqiyə həvəs hiss edən və Bakıdan basa-basa Qəbələdə keçirilən klassik musiqi festivalına gedərək, konsertin televiziyaya çəkiliməsi prosesində iştirak edən bəzi yalakalar (indi zəng edib deyəcəklər ki, saallah, kimi nəzərdə tutursan) kimi etmək olardı, amma, vallahi, ona da həvəs, üz, xüsusi istedad, sabun və sair sürtkü materialları lazımdır. Quru-quru olmaz.
Fəqət iş elə gətirdi ki, 9-cu ayın birinci ongünlüyündə Qəbələdə oldum və klassik müsiqi həvəskarları kimi,mən də bu yaşıl rayona heyran qaldım. Havası, suyu, relyefi gözəldir. Bildiyiniz kimi, rayon mərkəzi, yəni Qəbələ şəhəri iki meşəli dağın arasında yerləşir, o dağların başı həmişə dumanlı olur və bir gözəllik də elə budur – revmatizmin yoxdursa.
Əslində, Qəbələ nə qədər qədim şəhər olsa da, kiçik yerdir, böyümək imkanı da yoxdur, dağlar imkan vermir.
Qəbələdə olanda fikirləşdim ki, nə ola, universitetlərdən birini köçürələr bu şəhərə, həm uşaqlar təbiətin qoynunda yaxşı dərs oxuyarlar, həm də yerli camaat evlərini tələbələrə kirayəyə verər və bunun da güzəran məsələsinə müsbət təsiri olar.
Bildiyiniz kimi, rayon yerlərində işsizlikdir, zavod yox, fabrik yox, açılanlar da ya yarı gücü ilə işləyir, ya da 3-5 aydan sonra bağlanır, camaat dolanışıq sarıdan əziyyət çəkir.
Amma hansı şəhərdə universitet varsa, o şəhərin kirayə mənzil bazarı inkişaf edir, üstəlik, dükan-market şəbəkəsinin də dövriyyəsi artır. Çoxları tələbə çörəyi yeyir.
Budur, o düşüncəmin 10 günü tamam olmamış eşidirəm ki, bir sıra universitetləri Bakıdan kənara köçürmək planı var və seçilən yerlərdən biri də Qəbələdir.
Deyilənə görə, əsas məqsəd odur ki, Bakıda tələbələr azalsın, yollarda tıxac, küçələrdə sıxlıq olmasın.
Gerçəkdən də dərs mövsümü başlayan kimi şəhərdə tünlük olur, metroya giriləsi, avtobusa miniləsi olmur. Hələ beş-altı min tələbəni də universitetlərə ya ataları (bəzən də anaları), ya da özəl sürücüləri daşıyır, o üzdən universitetlərin yerləşdiyi küçələrdə, ora aparan yollarda tıxac olur.
Bu baxımdan Tibb Univeritetinin, Texniki Universitetin, eləcə də Memarlıq və İnşaat Universitetinin Bakıdan köçürülməsi təşəbbüsünü alqışlamaq olar. Nə məcburdur ki, hamı Bakıda oxusun. İnternet əsridir, vay-fay şəbəkəsi Qəbələdə də işləyir. Üstəlik, dərs oxuyan tələbə üçün rayon yeri daha da yaxşıdır, çıxıb molları, yarmarkaları, istirahət və əyləncə mərkəzlərini gəzməz, oturub dərsini oxuyar.
Amma Qəbələ o qədər universiteti özündə yerləşdirə bilərmi? Mümkün deyil. O şəhərdə olsa-olsa bir universitet yerləşdirmək olar.
Deyilə bilər ki, o biri universitetləri də, məsələn, Qubaya, Oğuza, Zaqatalaya, Kürdəmirə köçürmək olar. Əlbəttə, olar. Amma bunu neftin barrelinin 120 dollar olduğu vaxt eləmək daha yaxşı, daha asan olardı. İndi o universitetlərə müasir korpuslar tikmək üçün bəlkə də 120 milyard dollar lazımdır, neftin qiyməti də 45-48 dollar arasında kərkinməklə məşğuldur.
Hə, bir də məsələnin mənəvi-nostaljik tərəfləri var. Bir oxucum yazır ki, elə olsa, övladına nə cavab verəcək, necə deyəcək ki, onun oxuduğu univeritet artıq yoxdur, Qəbələyə köçürülüb.
Həmin oxucu əmindir ki, köçürülən universitetlərin ərazisi dərhal işbazlara satılacaq, onlar da orada göydələnlər, şadlıq sarayları, kafe-restoranlar, ticarət mərkəzləri tikəcəklər, nəticədə həmin küçələrdə onsuz da sıxlıq, tıxac olacaq.
Baxırsan ki, o da düz deyir. Bu tamahkarlıq, dünyagirlik, acgözlük ki, bizdə var, məhz elə olacaq. Biz qoyarıqmı ki, şəhərin ortasında boş yer qalsın və orda nəsə bir park, meydan yaradılsın. Əsla mümkün deyil. Ora ən azı maşın dayanacağına çevrilməlidir.
P.S. Ancaq universitetlər rayon yerlərinə, məsələn, Qəbələyə köçürülsələr, ildə ən azı bir dəfə klassik musiqi festivalında iştirak edəcəklər. Bu özü də böyük işdir.
16.09.2016, 07:53
478 baxış
Zamin Hacı
Universitetlər köçürülsün, yerləri satılsın?