Bu yaxında qorxaqlıq və qəhrəmanlıq haqda bir elmi məqalə oxumuşam, istəyirəm öncə onun kədərli nəticələrini sizə çatdırım, birdən çaşıb qəhrəmanlıq eləmək fikrinə düşməyəsiniz. Sən demə, təkamül nəzəriyyəsi isbat edib ki, qəhrəmanların nəsli kəsilir, qorxaqların isə nəsli davam edir.
Çünki qəhrəmanlar ağına-bozuna baxmadan ölümün, təhlükənin, dinozavrın, çaqqalın, canım sənə desin, düşmən tankının-filanın üstünə gedirlər və çox zaman bizdə deyilən kimi - qəhrəmancasına həlak olurlar. Qorxaqlar isə istənilən təbii, sosial, siyasi mühitə uyğunlaşıb sağ qalırlar. Deməli, biz - indiki bəşəriyyət yaşadığımız üçün... qorxaqlara borcluyuq. Paradoksal görünə bilər, ancaq acı reallıq belədir.
Sözümün canı odur ki, ürəklə YAP-a girin, qardaşınızı satın, atanızın cibini yarın, fərarilik edin, yaltaqlanın, yalan danışın - elmi baxımdan düzgün yoldasınız. Kim sizi qınasa, tənqid eləsə, onun həyatdan xəbəri yoxdur, həmçinin bir dənə elmi kitab arası da açmamışdır. Hazırda yaltaqlığın faydaları haqda elmi araşdırmaları öyrənirəm, onu da uca millətimizə çatdıracağam, heç narahat olmayın. Elmdən uzaq düşməyimizə aid bir örnək göstərim, özünüz baxın.
Canavarların, ümumiyyətlə yırtıcıların fauna aləmində bir növ həkim rolu oynadığı, xəstə, sürüyə yük, sürünün analoqu olmayan inkişafına maneə heyvan fərdlərini tutub parçaladığı bizə məlumdur. Ətyeyənlər bu mənada otyeyənlərin sağlam nəsil törətməsinə, tərəqqisinə səbəb olurlar.
Canavar gələndə bərk qaçan qoyunun uşaqları onun şərəfli yolunu davam etdirir, dayanıb canavarı kəskin, tənqid edici baxışlarla süzən, canavarın hesabları haqda sanki araşdırma aparmağa hazırlaşan qoyunu isə bir anda parçalayıb kökünü kəsirlər. Cəmiyyət - insan sürüsü də belədir. Bizim ümummilli canavarlarımızdan biri polis polkovniki Hacı Məmmədov idi. Hacı müəllim varlıları, məmurları tutub soyurdu. Ancaq 2005-ci ildə Beynəlxalq Bankın müdiri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyevanı oğurlaması onun son əməli oldu. Banda ələ keçdi. Əməliyyata MTN şefi Eldar Mahmudov başçılıq etmişdi.
Bəs 10 il keçəndən sonra nə məlum oldu? Sən demə, Hacı Məmmədovu həbs edənlər özləri daha böyük cinayətlər törədiblər, bankı soyublar, hətta iqtisadiyyatımızın təkamülünə mane olublar. Hacı beş alıbsa, bunlar on beş alırmış. Hacı bir armud qopardanda, bunlar ağacı, bəzən bağı bütövlükdə qurudurmuş. Çünki təbiətdəki bir canavar sanitar rolu oynayırsa, canavar sürüsü çoban vəzifəsinə keçibsə, vay sürünün halına. Elə bu günlərdə ortaya çıxan fakta diqqət edin.
Bayaq adını çəkdiyim Zamirə Hacıyevanı oğurlayandan az sonra banda ələ keçdi, heç bir qəpik də ala bilmədilər. Məhkəmə zamanı, 2006-cı ildə Hacı Məmmədov demişdi ki, Cahangir Hacıyevdən arvadının geri qaytarılması üçün öncə 15 milyon avro, axırda isə qiyməti endirib 2 milyon avro istəmək fikrində olublar. İndi isə məhkəmə-istintaq orqanları Beynəlxalq Bankdan oğurluq maddəsi ilə açılan cinayət işi üzrə Cahangir Hacıyevi tutub içəri salıblar, arvadı Zamirə Hacıyeva isə aradan çıxıb. Axtarışda olan xanım bankdan 18 milyon manatı əkişdirməkdə suçlanır.
Cahangir müəllimin özünün neçə yüz milyon (ya da milyard - dəqiq yadımda deyil) yeməsini bir qırağa qoyaq. Təkcə arvadına açılan cinayət işindəki məbləğ bədbəxt Hacı Məmmədovun nakam əməliyyatında arzuladığı məbləğdən hardasa 7 dəfə çoxdur. Yəni, məntiqlə belə çıxır ki, əgər Hacı müəllimə imkan verilsəydi, o, 2005-ci ildə Zamirə Hacıyevadan 2 milyon avronu alsaydı, bəlkə Hacıyeva gələcəkdə 18 milyon manatı çırpışdırmağa ürək eləməzdi. Amma canavarın qorxusu başı üstündə olmadığı üçün istədiyi kefi sürübdür, dövlətin bankını uşaqların qəpik topladığı donuz kassası kimi bir şeyə döndəribdir: sındırıb pulu əkişdirir, sonra yerini tüpürcəklə yapışdırırmış.
Qədim romalılar ona görə deyirdilər ki, “homo homini lupus est”. İnsan insanın canavarıdır.
13.06.2016, 12:19
230 baxış
Zamin Hacı
Meşə sanitarsız qalanda