Keçən ay İspaniyada bir kişi evində zibillərin altında qalıb ölmüşdü. Adam əlinə keçən hər şeyi evinə daşıyırmış, üstəlik, evdə işlətdiyi əşyaları-filanı da köhnələndə atmırmış. Nəticədə zir-zibil evdə qalaqlanıb, dağ boyda olub, bir gün adamın təpəsinə tökülüb. Qalıb zibilin altında və ölüb. Əcaib ölümdür. Beləsini mən Orxan Pamukun “Məsumiyyət muzeyi” romanında oxumuşdum. Sən demə, gerçək həyatda da varmış.
Psixoloji bir haldır. İnsan keçmişlə bağlı hər şeyi özündə saxlamaq istəyir. Buna kolleksioner fetişizmi də deyə bilərsiniz. Lap romantik olaraq hadisəni “İnsan xatirələrinin altında qalıb öldü” cümləsi ilə ifadə eləmək mümkündür.
Fikrimcə, zibil toplamaq və altında qalıb ölmək təkcə bir insana aid faciə növü deyil, əksinə, tarixdə öz keçmişinin ağır yükündən, zir-zibilindən qurtula bilməyib, bu zibillərin altında qalıb həlak olmuş çoxlu millətlər var. Ölkəmizdə də zir-zibil artıq çox yığılıbdır, ya bunu yığıb emal eləməliyik, ya da aparıb poliqonda yandırmalıyıq. Əks halda, nəticələr acınacaqlı olacaqdır. Bizim nağıllarda geriyə baxan qəhrəman daşa dönürdü, biz isə ancaq geriyə baxmaqla məşğuluq, heç bilmirik bizi qabaqda nə gözləyir. Köhnə, naftalin də yox, çürüntü iyi verən bir sistemin əsirinə çevrilmişik.
Ətraf aləmə, dünyaya baxırsan, hər yerdə hansısa dəyişiklik baş verir. Biri müsəlmanı mer seçir, başqası baş naziri dəyişir, bir ayrısı istefa verir. Hardasa parlamenti buraxırlar - prezidentlə qanun lahiyəsində sözləri çəp gəldiyi üçün. Qanun da bizim ölçülərlə elə gülməli qanundur ki... Nə bilim, hansısa həmkarlar haqda qanun... Hətta Türkiyə kimi avtoritar ölkədə hakim partiyanın nümayəndəsi olan baş nazir istefaya getdi. Bizdə isə hökumətdə axırıncı istefa... 17 il qabaq olub! Gərək adamları qovasan. Tutub pulunu alasan. Əmlakını müsadirə edəsən. Yalnız bundan sonra adamlar vəzifədən, kreslodan qopurlar. Ayrı cür alınmır. Elə nazir var ki, onu işdən çıxartmaq nazirliyin özünü ləğv eləməkdən daha çətindir.
Dünən uşaq məktəbdən gələndə yolda mənə sual verir: “Ata, Azərbaycan unitar dövlətdir, yoxsa federativ?”. Bir vaxt bu mövzuda yazdığım üçün cavabım hazır idi, necə deyərlər, bədahətən dedim: “Bala, bizdə bunların heç biri deyil. Bizim dövlət quruluşunun dünyada analoqu yoxdur. Bizimki dekorativ dövlətdir”. Hər yer dekorasiyalarla örtülübsə, ölkə bir tragikomediya səhnəsinin dekorlarına bürünübsə, buna ayrı nə ad qoyasan? Bir ölkədə deputatxana üzvü “Mən ayrı millətdənəm, sizə dəxlim yoxdur” deyirsə (Yevda Abramov adlı deputat), bu dövlətin siyasi sistemi nədir? “Baş nazir bəlkə də ölüb, özünə demirlər ki, pis olar” - bu, bir milli folklor nümunəmizə dönübsə, zibilxananın harasını uçurub altında ölsək məsləhətdir? Sözgəlişi, bayaq haqqında yazdığım Türkiyə baş naziri Davudoğlu istefa çıxışında “Ölkəmin bütün bölgələrində oldum, 24 əyaləti qarış-qarış gəzdim” tipli cümlə işlətdi. Bizim baş naziri axırıncı dəfə Qaradağdan o yana çıxan görən adama 4-cü dərəcəli Vətənə xidmət medalı veriləcəkdir. Üstəlik, çıxsa nə olacaq, çıxmasa nə olur?
Qışda camaat bir az qımıldanmışdı, yarısına soğan əkməyi məsləhət gördülər, yarısını da polisə işə düzəltdilər. Uğurlu proqramdır. İndi polislər soğan əkənlərə və özləri özlərinə nəzarət edib yaşayırlar. Düzdür, hərdən soğan əkənlər müqavimət göstərir, polis maşınına minib getmək istəmirlər. Ancaq bunlar müvəqqəti çətinliklərdir. 20 ildir bütün ölkə divarlarına asılan şüardakı “müvəqqəti çətinlik”dən.
İnternetdə zibil toplamaq xəstəliyinin elmi adını da tapdım. Sən demə, bunu ünlü filosofun “şərəfinə” Diogen sindromu adlandırırlar. (Yazıq Diogen... Məncə, bu “qiymətə” qəti layiq deyil. Adam sadə həyat yaşayıb, çəlləkdən özünə mənzil düzəldib. Bu sindroma yoluxanlar isə əksinə, hər şeyi evə yığır). Bu psixi pozuntuya düçar olanların xarakter cizgiləri “sosial izolyasiya, özünə həddən artıq diqqətsiz, pinti yanaşma, apatiya, hər cür lazımsız əşyanı toplamaq” imiş. Ən əsası, bu adamlarda abır-həya hissi, utanmaq-filan olmurmuş!
Necə tanış mənzərədir...
11.05.2016, 07:57
533 baxış
Zamin Hacı
Utanmazların sindromu