“Həkimin arvadı qalxdı, pəncərəyə yaxınlaşdı. Aşağı, zibil qalaqlanmış küçəyə, adamlara baxdı, onlar mahnı oxuyur, qışqırırdılar. Sonra başını qaldırıb göyə baxdı və oranın tam ağ olduğunu gördü. Fikirləşdi: hə, mənim də növbəm çatdı. Qorxu onu aşağı baxmağa məcbur elədi. Aşağıda şəhər öncəki kimi idi”.
(Joze Saramaqo, “Korluq”)
Bu yaxında bir vətəndaşımızın şüşə yeməsi haqda xəbər verildi. Onun yaşadığı yerin adı da məşğuliyyətinə görə çox məzəli idi: Tatlı kəndi! Ağzımız dada gəlir. Neft ehtiyatlarımızın azalması, dünya bazarında isə neftin ucuzlaşması hələ çoxlu bənzər nəticələr doğuracaqdır. Prezident də deyib nefti unudun. Ta neyləmək olar, şüşə yeyərik. Lazım gəlsə, dövlətçilik tələb eləsə dəmir, taxta, palçıq, rezin məmulatları da nuşi-can edə bilərik. Təki müstəqil və suveren, analoqu olmayan dövlətçiliyimiz yaşasın. İnsana ayrı nə lazımdır? Əsas dövlətdir. Dövlət yaşasın, biz ölsək də olar. “Biz” deyəndə başqalarını nəzərdə tuturam. Necə deyərlər, “döyüş ALNINIZA yazılıb”. Yaxud, “gəlin yığışaq, gedin savaşa”.
Bunlar hamısı həm də demokratik açılım proseslərinin tərkib hissəsidir. Şüşə şəffaf olduğundan yeməyə ondan başlamışıq. Ən fısqırıq aşkarlıq xəbəri isə Gəncəbasar bölgəsindən gəlmişdir. Dəli Surətin zibilinə bütün respublikanın düşdüyü iyirmi il öncədən bəri oradan hələ belə xəbər eşidilməmişdi. Hökumət Göygölü xalqa açmışdır! Dəhşətdir. Heyrətə gəlirik.
Düzdür, deyilənə görə Göygölün açılması xəbərləri bir qədər şişirdilmişdir, üstəlik əraziyə giriş adambaşına 2 manatdır. Amma bəy verən atın dişinə, yapistlər açan ərazinin puluna baxmazlar.
Buna da min şükür. Elə bil Azərbaycan adlı həbsxanada bizə gəzinti üçün daha bir parça yer ayırıblar. Bizdə isə istənilən türmədə hava almaq pulladır. Hansısa “fortoçka” bir az aralanıb. Hətta baş həkim söz verib, deyir özünüzü yaxşı aparsanız Göygölə su da buraxacağam. Biz də söz veririk. Şəxsən mən Zəngilan rayon Pirçivan xəstəxanasının əmək kollektivi, Bərdə rayon Soğanverdilər sovetliyindəki əməkdar sağıcıların adından söz verib pioner andı içirəm: əgər hökumət Göygölün açılım proqramına Maralgölün açılımını da qoşsa, YAP-a üzv olacağam!
Əgər Fatmayı tərəfdə uzunluğu 8 kilometrə, hündürlüyü 100 metrə çatan Böyük Fatmayı Dəniz Hasarlarında Xəzərə baxmaq üçün kiçik deşiklər açılsa Mətbuat Şurasını tərifləyən yazılar da qaralaya bilərəm. Sözgəlişi, hökumətimiz Xəzəri hun imperatoru Atillanın hücumlarının qarşısını almaq üçün hasarlamışdı, kimin əlaqəsi varsa daha hunların ayrı tərəfə getdiyini yapist yoldaşlara xəbər versin. İndi hasarı azca sökmək olar. Çox sökmək, başa düşürəm, dövlətçiliyə, müstəqilliyə, suverenliyə, mentualitetə, muğam müsabiqəsinə, Birinci Avropa oyunlarının ikinci aylığının üçüncü həftəliyinin on üçüncü gün dönümünə yaraşmazdı.
Yeraltı dünyasından da xəbərlər var. Orda daha böyük açılım projeləri hazırlanır. Örnək üçün, qabaqlar rayondan-zaddan Bakıya gələnlər məcbur idi Tağı müəllimin (metronun indiki müdiri o qədər koloritsiz, maraqsız adamdır ki, xalq heç adını bilmir, o üzdən “2-ci Tağı” adlandıraq) iki manatlıq kartlarını alsın. Neçə illərdir bu axmaq proses davam edirdi. 20 qəpiklik məsafə üçün 2 manatlıq kart almalı idin. O üzdən çox adam girişdə durub başqalarına “bu qəpiyi də kartına yüklə, mən keçim” deyə yalvarırdı. Bəzən mehribançılıq olurdu, iyirmi qəpik yükləyib evlənənlər də vardı. Lakin indi hökumət təzə qərar verib: metroda iyirmi qəpiyə gediş kartları satılacaq, üstəlik bu karta 1 manata qədər yükləmək imkanı veriləcək. Fantastik, inqilabi gedişdir! Təsəvvür edin, cəmi 1 manat 20 qəpiklə metroya girə biləcəksiniz! Göl məsələsindəki kimi, əgər özümüzü metroda yaxşı aparsaq hökumət vaqonlara kondisioner də quraşdıra bilər!
Allah axırını xeyir eləsin, necə deyərlər. Çünki hökumət yaman sürətli, yaman əhatəli açılımlara gedir. Hətta qorxursan qabaqdan gələn deputatxana seçkisini demokratik qayıralar, biz isə verməyə namizəd tapmayaq. Çatdıra bilmirik, yapistlər xalqdan çox qabaqdadır.
13.08.2015, 07:57
224 baxış
Zamin Hacı
Bəlkə bir az qapalı qalsın?