Bu yaxında deputatxanada milli tuman-köynək və kabab şişi istehsalının vacibliyi haqda moizələr oxunmuşdu. Mən də aktual mövzuya toxundum. Dəyərli oxucularımızdan bundan sonra iki məktub gəldi.
Birinci məktubda görkəmli filoloq alimlərimizdən biri yazır ki, əslində tuman məsələsi yüzillərdir bizim ellərdə aktualdır. Misal olaraq güneyli şairimiz, “Molla Nəsrəddin” jurnalına da şeirlər yazmış Mirzəli Möcüzün 1920-ci illərdə qələmə aldığı bir şeiri göstərir:
“İngilis, həm fransız,
Hər ikisi imansız.
Sabah iynə verməsə
Qalacağıq tumansız".
Əgər bir millət 100 il ərzində tuman istehsalını qaydaya sala bilməyibsə, ondan daha nə gözləyəsən? Çox acınacaqlı haldır. İndi də çinlilərdən asılı vəziyyətdəyik, onlar da imansız camaatdır.
İkinci məktub isə milli istehsalımıza ümidlər yaradan faktdan xəbər verir. Daimi oxucumuz Elçin Əliyev (siz onu “Space” kanalında hava xəbəri aparan qıza yazdığı, mənim də iki bəndini çap elədiyim poeziya nümunəsindən tanıyırsınız - bunu ona görə yazdım ki, hələlik kanaldan gənc şairə heç bir cavab gəlməmişdir, bu isə onun nakam qəlbini sızıldadır) göstərir ki, sən demə deputatların ölkədən xəbəri yoxdur, milli kabab şişlərinin istehsalı üzrə sexlər varmış. Sitat: “Keşlə qəsəbəsində, 15 saylı avtobusun axırıncı dayanacağında ləzgi Neman dayı var, ”nerjaveyka" (paslanmayan polad - Z.H.) şişlər düzəldir. Belə şişləri heç bazarda da tapa bilməzsən. Mənim qaynatam keçən il ondan lülə və tikə üçün 200 ədəd şiş aldı. Mən də qəzetiniz vasitəsiylə Neman dayıya minnətdarlığımı bildirirəm".
Bəli, bunu xüsusi yazdıq ki, iqtidar nümayəndələri Neman dayının şiş biznesindən xəbərdar olsunlar, gedib kişinin qazandığı beş-on manatı tutub əlindən alsınlar. Çünki Neman dayı gizli iqtisadiyyatla məşğul olmuşdur. Sən düzgün biznesmen olsaydın, düzəltdiyin şişdən bir-ikisini deputatlara... verərdin, onlar da “Milli şişimiz yoxdur” deyə nahaq səs-küy salıb iqtisadiyyatı güclü olan Azərbaycanımızı dünyada biabır etməzdilər. Hər halda, ümid edirəm Neman dayı bizi bağışlayacaqdır. Əslində günah mənlik deyil, Elçin Əliyevin günahıdır. Neman dayı istəsə Əliyevin adresini ona verə bilərəm.
İqtisadiyyat çox vacib şeydir. Misal üçün, ölkəmiz inkişaf etdikcə zindanlar da artır, orda xeyli insan saxlanılır.
Zindanbaşı Mədət müəllim isə kasıb adamdır, qəzet almağa pul tapmır, o üzdən dustaqların qəzetlərini çırpışdırır. Kürdəxanı zindanında saxlanılan NİDA Vətəndaş Hərəkatı üzvlərindən Rəşadət Axundov və Zaur Qurbanlıya iki aydan artıqdır “Yeni Müsavat” qəzetini vermirlər. Dəfələrlə penisentiar xidmətlə (korrektor, əl vurma) əlaqə saxlanılıb, onlarla vəzifəli şəxsə zəng edilib, ancaq bu xırda problem həll olunmur. Hər iki şəxs qəzetə abunə edilib, qəzet zindanın qapısına qədər gedir, ordan o üzdə mistik şəkildə yoxa çıxır.
Hörmətli Mədət müəllim, əgər lazımdırsa, ehtiyacınız varsa sizi də qəzetə abunə eləyək, təki gənc məhbusların qəzetlərini özlərinə çatdırasınız. Yoxsa zindan idarəsi xalqımızın qarşısında bütün etibarını itirəcəkdir. Hazırda millətin ən ləyaqətli övladları zindanlara salındığı üçün bizim o ərazilərə böyük hörmətimiz vardır. Hətta insanlar and içəndə deyirlər: “O zindan haqqı, filan şey filan cürdür”, “Kürdəxanı üzü görməyim, əgər yalan deyirəmsə”, “Allah qismət eləsin, MTN izolyatorunu da görək” və sairə. Düzdür, deyəsən bu axırıncısı Mədət müəllimin sexlərinə aid deyil, ancaq nə dəxli var, hamısı milli zindanlarımızdır.
İndi söz əlaqədar Mədət müəllimindir.
18.03.2014, 08:17
540 baxış
Zamin Hacı
Milli şiş var imiş!