Zamin Hacı
REAL rəhbərlərindən Erkin Qadirli facebook sosial şəbəkəsində yazmışdı ki, Xocalı faciəsində günahkar olan erməniləri (konkret 3 nəfərin adını çəkib, biri deyəsən hazırkı prezident Sərkisyan idi) qətlə yetirməliyik. Məsələn, yeməklərinə zəhər qatmaqla. Hansısa gizli yolla. Və sairə.
Bu müzakirə mövzusu olub. Bir tərəf deyir bəy haqlıdır, qisas almalıyıq. O biri tərəf deyir gərək siyasətçi belə populist olmasın. (Əslində siyasətçi həmişə populist olur, bu ayrı mövzudur). Məncə Erkin bəyin açıqlaması Rusiya siyasəti kimi bir şeydir. Misal üçün, Amerika harasa girmək istəyəndə aviadaşıyıcını göndərir, bombanı tökür, söhbət bitir. Rusiya isə yaba-dırmıqla gəlir, lazımsız səs-küy qopardır (rus ayısı şəhərə girir sanki), özünü bihörmət eləyir.
Halbuki prosesi demokratik çərçivədə aparmaq olar, bunun üçün ilk növbədə öz ərazində demokratik siyasət yürütməlisən, lazım olan anda ətrafına Azərbaycan, Səudiyyə kimi totalitar rejimlərdən koalisiya toplayıb gedib, məsəl üçün, İraqa bomba yağdırmalısan. Ta heç kim də illər sonra soruşmayacaq ki, bə qardaş, o kimyəvi silah-zad nə oldu. Çünki qarının hüquqları pozulub, qapı bağlanandan sonra belə sözləri soruşan da olmur.
Yəni, Erkin bəyin əsas yanlışı özünü Rusiyanın indi Ukraynada aparması kimi davranışındadır. Bir şeyi ki, eləməmisən, bunu deməyin faydası nədir? Yapokratiyanın camaatımızla mübarizəsi də təxminən bu cürdür: adamları tutub 10-15 il həbs cəzası verirlər ki, bəs, sən dini təxribat, siyasi çevriliş, nə bilim, dövlətçiliyə zidd şeylər fikirləşirdin.
Ümumiyyətlə, hər dəfə belə söhbətlər olanda bir gözəl insanı xatırlayıram. 90-cı illərdə Bakıda islamçı qruplardan birinin rəhbəri idi, adı yadımda Hacı Azər kimi qalıb. Yenə yanılmıramsa bu bəy sonradan hansısa Avropa dövlətinə mühacirət elədi. İslami baxımdan sıxışdırıldığı üçün. (Gülmək lazım deyil, Qərbə bu motivlə qaçmış xeyli azərbaycanlı var). Uzun sözün qısası, həmin 90-cı illərdə mən bu bəydən intervü almağa getmişdim. Onun təmsil elədiyi qruplaşma İrana yaxınlığı ilə seçilirdi, bir sualım da bu mövzuda olmuşdu: “İran dünyada terrora dəstək verən dövlət kimi tanınır, siz niyə iranpərəstsiniz?”. (Sualın mahiyyəti təxminən belə idi). Azər bəyin cavabı çox xoşuma gəlmişdi: “Birincisi, biz iranpərəst deyilik. İkincisi, dünyada terrora dəstək verməyən dövlət varmı? Hamısı dəstək verir. O cümlədən, Amerika nə qədər düşmənini terror yolu ilə aradan götürüb. Ancaq İranın səhvi odur ki, kimisə öldürəndə orda izlər qoyur, bir növ pasport buraxır, deyir bunu mən eləmişəm. Texniki imkanları da zəifdir”.
Vəziyyət belədir. Bir məşhur yumorda deyilən kimi, biz baş tutmuş bütün dövlət çevrilişlərinin tərəfindəyik. Baş tutmayanları isə qətiyyətlə pisləyirik.
Beynəlxalq güclər mövzusuna girmişkən, AKP-YAP qarşıdurması haqda mediada gedən xəbərlərə də münasibət bildirək. Qəzetlər yazır ki, Fətullah Gülənin nurçular təriqəti yapokratiya daxilində öz kadrlarını yerləşdiribmiş. Xeyli bəni-insan adı çəkilir, bunların içində hətta nazirlər də vardır. Guya indi nurçularla AKP arasında münasibət Türkiyədə pozulduğu üçün bu qarşıdurma ölkəmizə də sıçrayıbdır.
Mən hesab edirəm bunlar hamısı maraqlı nağıllardır. Yapokratiyanı təmsil edən şəxslərin ən kiçiyindən ən böyüyünə qədər - hər hansı ideoloji xəttə söykənməsi, fikir dalıyca getməsi mümkün deyil. Bunların hamısının bircə bütü, “Allahı” var: pul. Dolların üstündəki Amerika prezidentlərinin şəkillərini gündə 5 dəfə öpüb dua eləyirlər, namazları da bu şəkildədir. Ziya Məmmədov nə qədər ziyalı sayıla bilərsə bunları da o qədər nurçu saymaq mümkündür.
Bunlar nurçu yox, pulçulardır. Əgər ikisi də bənzər şeydirsə, o zaman “nurçuluğun pulçuluq qoluna məxsusdurlar” deyə bilərik.
02.03.2014, 20:02
556 baxış
Zamin Hacı
Aşkar pulçular