Dünən yeni yaranmış 125-lər siyasi klubunun fəalları, sədr və müavinləri, Böyük Britaniya səfirinin müavini cənab Adrian Lee, siyasi məsələlər üzrə kinci katib Endryu Harveylə görüşüblər.
Görüşün məqsədi Britaniya səfirliyini bu yeni təşəbbüslə tanış etmək, klubun məqsədi, gələcək fəaliyyəti barədə məlumat vermək olub. 125-lər klubunun yaradılması və məramı səfirliyin məsul şəxsləri tərəfindən böyük maraqla qarşılanıb və onlar fəaliyyətin özəllikləri barədə suallar səsləndirilib.
Görüşdə iştirak edən 125-lər klubunun sədri İlhamiyya Rza, müavinlər Gunel Səfərova, Üzeyir Cəfərov və Xalisə Şahverdi çoxsaylı suallara cavab verərək, klubun fəaliyyət istiqamətləri, planları barədə ətraflı məlumat veriblər. Sonda, səfirlik nümayəndələri 125-lərin ölkənin ictimai həyatında özünəməxsus bir yer tutacağına ümid etdiklərini bildiriblər
21.02.2014, 12:59
506 baxış
TURAN
Səfirlik nümayəndələri "125-lər"lə görüşüblər