Medianews.az
D18 Əli İnsanova haqda bəyanat verdi
419 baxış

D18 Əli İnsanova haqda bəyanat verdi

D18 D18 Hərəkatı həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanov haqda bəyanat verdi. Bəyanatda deyilir: Bəyanatda deyilir ki, 07 fevral 2014-cü ildə Bakı Apelyasiya Məhkəməsində dünya hüquq praktikasında analoqu olmayan və sağlam hüquqi düşüncə ilə izah edilə bilməyəcək hadisələr baş verib. Bakı Apelyasiya Məhkəməsində ötən məhkəmə iclasında olduğu kimi, bu dəfə də keçmiş naziri səskeçirməz, içərisindəki mikrofon yalnız hakimin istəyindən asılı olaraq işləyən şüşə kabinəyə salmışdılar. “ Bakı Şəhər Məhkəməsindəki prosesdə isə şüşə qəfəsdə yerləşdirilmiş mikrofon hakim tərəfindən idarə olunur və hakim istədiyi vaxt mikrofonu söndürməklə keçmiş səhiyyə nazirini danışmaq və özünü müdafiə etmək hüququndan məhrum edirdi. Eyni zamanda, məhkəmə zalına yerləşdirilmiş kimliyi bəlli olmayan mülki şəxslər fasilə zamanı Əli İnsanovun saxlandığı şüşə qəfəsə yaxınlaşıb onunla məsləhətləşmək istəyən vəkillərinin qarşısın almaqla onu bu imkandan məhrum etdilər. Azərbaycan hakimiyyətindən tələb edirik ki, məhkəmənin azad keçirilməsinə maniyə yaradan hər hansısa bir təpkinin qarşısın almaq üçün ciddi addımlar atsın.” D18 Hərəkatı hakimiyyəti Əli İnsanova qarşı həyata keçirilən bu siyasətə son qoymağa çağırıb.

Bizə qoşulun