Medianews.az
Azərbaycan UEFA reytinqində
182 baxış

Azərbaycan UEFA reytinqində gerilədi

Azərbaycan UEFA reytinqində iki pillə geriləyib.

Publika.az xəbər verir ki, bu, UEFA Konfrans Liqasının əsas mərhələsində VI turun oyunlarından sonra baş verib.

Son tur matçlarının ardından Sloveniya 22,843 xalla 26-cı, Slovakiya isə 22,375 xalla 27-ci pilləyə yüksəlib. Əvəzində Azərbaycan 22,500 xalla 28-ci pilləyə enib.

Qeyd edək ki, Azərbaycanın cari mövsüm avrokuboklarda yeganə təmsilçisi “Qarabağ”dır. Ağdam təmsilçisi UEFA Çempionlar Liqasında mübarizə aparır.

Bizə qoşulun