Medianews.az
ABŞ "Green Card" uduşu proqramını
195 baxış

ABŞ "Green Card" uduşu proqramını dayandırır

Ağ Ev "Green Card" uduşu proqramını dayandırır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi ölkənin daxili təhlükəsizlik naziri Kristi Noemə istinadən məlumat verib.

Məlumata görə, buna səbəb Braun Universitetindəki atışmada şübhəli olan şəxsin ABŞ-yə bu proqram vasitəsilə gəlməsidir.

"Prezident Donald Trampın göstərişi ilə mən dərhal USCIS-ə (ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti - red.) DV1 proqramlarını dayandırmağı əmr edirəm ki, bu zərərli vasitə səbəbindən bundan sonra amerikalılara ziyan verilməsin", - deyə Noem bildirib.

"Green Card" ("Yaşıl Kart"ın rəsmi adı "United States Permanent Resident Card" və ya "Form I-551"-dir) əcnəbilərin ABŞ-də daimi yaşamaq və işləmək hüququnu təsdiq edən şəxsiyyət vəsiqəsi və ya identifikasiya kartıdır ("I-551" formasının əsas variantı).

"Yaşıl Kart" kifayət qədər uzun sürən və baha başa gələn sənədlərin toplanması prosesindən və lazımi ərizələrin təqdim edilməsindən sonra verilir.

Xatırladaq ki, dekabrın 13-də axşam Rod-Aylend ştatının Providens şəhərindəki Braun Universitetində atışma baş verib. Ən azı iki nəfər ölüb, doqquz nəfər yaralanıb.

Bizə qoşulun