Masazırın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə olacaq.
Medianews.az xəbər verir ki, bununla bağlı “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq yarımstansiyasının 10 kV-luq bölməsində təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq bu gün saat 10:00-dan saat 15:00-dək Masazır qəsəbəsi Əliağa Vahid, Zərifə Əliyeva, Rəşad Hüseynov, Yusif Səmədov küçələri, “Qurtuluş 93”, “Yeni Bakı”, “Nahid”, “Abşeron Gənclər Şəhərciyi” Mənzil Tikinti Kooperativlərində (MTK) elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.