Misli Premyer Liqasında XVI tura bu gün start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir matç keçiriləcək.
Yevlax şəhər stadionunda "Kəpəz" "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşma saat 14:00-da start götürəcək.
Gəncə təmsilçisi 15 oyundan sonra 9 xalla 10-cu, Tovuz klubu isə 14 matçdan 24 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura dekabrın 22-də yekun vurulacaq.
Misli Premyer Liqası
XVI tur
19 dekabr
14:00. "Kəpəz" - "Turan Tovuz"
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov;
VAR: Nicat İsmayıllı;
AVAR: Şirmamed Mamedov;
Hakim-inspektor: Orxan Məmmədov;
AFFA nümayəndəsi: Namiq Əliyev;
Yevlax şəhər stadionu.