Medianews.az
Arif Babayevin hədiyyəsi illər sonra Mənsum İbrahimova çatdı -
224 baxış

Arif Babayevin hədiyyəsi illər sonra Mənsum İbrahimova çatdı - VİDEO

Xalq artisti Mənsum İbrahimovun 65 illik yubileyinə həsr olunan “Günaydın Azərbaycan” verilişində mərhum xanəndə, Xalq artisti Arif Babayevin hədiyyəsi sənətkara təqdim olunub.

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızı bildirib ki, Arif Babayev həmin hədiyyəni həmkarına çoxdan vermək istəyib, lakin bu, mümkün olmayıb:

“Bu, Heydər Əliyev Fondu tərəfindən Arif Babayev üçün hazırlanmış xüsusi xatirə kitabıdır. İçərisində üç disk var. Bunlar bizim üçün çox önəmlidir. Bütün külliyat buradadır. Sayı məhdud olan bir kitabdır və çox dəyərlidir. Bu, mənim üçün əvəzsiz bir hədiyyədir. Allah Arif müəllimin ruhunu şad etsin”.

Qeyd edək ki, Arif Babayevin 70 illik yubileyinə həsr olun xatirə kitabı 2008-ci ildə nəşr olunub. (Axşam.az)

Bizə qoşulun