Medianews.az
İbrahim Tatlısəsin səhhəti ilə bağlı
116 baxış

İbrahim Tatlısəsin səhhəti ilə bağlı AÇIQLAMA

Türkiyə musiqisinin əfsanəvi simalarından İbrahim Tatlısəs ilə oğlu Əhməd Tatlısəs arasında davam edən ailədaxili gərginlik məhkəmə səviyyəsinə çatıb.

Medianews.az xəbər verir ki, məhkəmə, Əhməd Tatlısəsin atasına qarşı hədə-qorxu gəlməsi səbəbindən onun barəsində qapalı məkan qərarı çıxarıb və elektron qolbaq taxılmasına qərar verib.

Bundan əlavə, Əhməd Tatlısəsin atasının ruhi sağlamlığı ilə bağlı qaldırdığı qəyyumluq işi məhkəmə tərəfindən ləğv olunub. Hakim qərarında İbrahim Tatlısəsin əqli cəhətdən tam sağlam olduğunu və öz işlərini sərbəst şəkildə idarə edə biləcəyini bildirib.

Məhkəmə qərarından sonra Əhməd Tatlısəs mediaya açıqlama verərək atasından uzun müddətdir uzaq olduğunu deyib:

“Atamın qərarına hörmətlə yanaşıram. Təxminən bir ildir bir-birimizi görmürük. Telefon zəngləri, mesajlar, ünsiyyət yoxdur. Mən İstanbulda, atam isə İzmirdə yaşayır. Buna baxmayaraq, belə bir qərar çıxarıldı və mən bunu qəbul edirəm”.

İbrahim Tatlıses'in akıl sağlığı yerinde mi? Mahkeme kararını açıkladı

Beləliklə, Əhməd Tatlısəsin “atasının ruhi sağlamlığı yerində deyil” iddiası əsasında başladılan məhkəmə prosesi yekunlaşıb. Hakim iddianı əsassız hesab edərək işi bağlayıb. Məhkəmə həmçinin İbrahim Tatlısəsin şəxsi hüquqlarının qorunması üçün Əhməd Tatlısəsə yaxınlaşma qadağası və qoruyucu order tətbiq edib.

İbrahim Tatlısəs vəkili vasitəsilə yazılı açıqlama yayaraq mediada yayılan xəbərlərin təhrif edildiyini bildirib:

“Son günlər haqqımda həqiqəti əks etdirməyən xəbərlər yayılır. Məhkəmə müəyyən edib ki, mənim ruhi sağlamlığım yerindədir, öz işlərimlə məşğul ola bilirəm və qayğıya ehtiyacım yoxdur.
Mən illərlə zəhmətlə həyatımı qurmuşam. Uşaqlıqdan bəri qazandığım sərvəti sorğu-sual etmək heç kimin haqqı deyil”.

Medianews.az

Bizə qoşulun