Medianews.az
Sahil Babayevdən vergi güzəştləri ilə bağlı
87 baxış

Sahil Babayevdən vergi güzəştləri ilə bağlı AÇIQLAMA

“Əməkhaqqı gəlirləri ilə bağlı tənzimləməmizi təqdim edirik. Bilirsiniz ki, 2026-ci ildə tətbiq olunan güzəştin müddəti bitir”.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Hökumət tərəfindən müvafiq addımlar atılmasaydı, artıq 14 və 25%-lik rəqəmlər qüvvəyə minəcəkdi. Lakin hökumətin variantı olaraq, çox ciddi güzəşt yenidən irəli sürüldü. Növbəti il üçün əməkhaqqı alan şəxslərin böyük hissəsini əhatə edən 2500 manata qədər olan gəlirə cəmi 3% gəlir vergisi tətbiq olunacaq. Dünyada çox az ölkədə bu qədər aşağırəqəmli gəlir vergisi mövcuddur.

Gəlir vergisi 2026-cı ildə 3%, 2027-ci ildə 5%, 2028-ci ildə isə 7% olacaq. Gəlir vergisi 7%-lik rəqəmlə fikslənəcək. Beləliklə, Azərbaycanda daimi gəlir vergisi 2500 manata qədər 7%, 8000 manata qədər 10%, 8000 matadan yuxarı isə 14% olaraq müəyyən olunacaq. Amma 2026-cı il üçün bu rəqəm 3%-dir”, - nazir bildirib.

Bizə qoşulun