Medianews.az
ABŞ-nin hədəfindəki ölkə: Qızıl, brilyant və ...
82 baxış

ABŞ-nin hədəfindəki ölkə: Qızıl, brilyant və ...

Venesuela dünyanın ən zəngin yeraltı sərvətlərinə malik ölkələrindən biri kimi ABŞ-nin diqqət mərkəzinə düşüb.

Medianews.az xəbər verir ki, ölkə təkcə neftlə deyil, həm də qızıl, təbii qaz, brilyant və digər strateji minerallarla zəngindir.

Lakin ABŞ-nin Karib dənizi və Sakit okeana hərbi gəmilər göndərməsi Venesuelanın yeraltı sərvətlərinə marağın artması ilə bağlı ciddi narahatlıqlara səbəb olub.

Venesuela prezidenti Nikolas Maduro və hökumət rəsmiləri Vaşinqtonun bu hərbi fəaliyyətlərini ölkənin sərvətlərinə “tamah salmaq” kimi qiymətləndiriblər.

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) məlumatına görə, Venesuela 303,2 milyard barel təsdiqlənmiş neft ehtiyatı ilə dünyada birinci yerdədir. 2025-ci ildə ölkənin gündəlik hasilatının 1 milyon barel olacağı proqnozlaşdırılır.

Neftin əsas hissəsi Orinoko kəməriMarakaibo gölü ətrafında çıxarılır. Venesuela Dövlət Neft Şirkəti (PDVSA) bildirib ki, ölkə yalnız 2024-cü ildə neft ixracından 17,5 milyard dollar gəlir əldə edib.

Venesuela təbii qaz ehtiyatlarına görə də dünyanın aparıcı ölkələrindən biridir. Ölkənin ehtiyatları 201 trilyon kub fut (TCF) təşkil edir ki, bu göstərici ilə Venesuela dünyada 8-ci yerdə qərarlaşıb.

Qaz yataqları əsasən ölkənin şimal-şərqində — Paria yarımadası, SucreDelta Amacuro bölgələrində cəmləşib. Bu ərazilər Karib dənizinə və Atlantik okeanına çıxışı ilə strateji əhəmiyyət daşıyır.

Venesuela Mərkəzi Bankının (BCV) məlumatına görə, ölkənin potensial qızıl ehtiyatı 7000 tondan çoxdur. Qızıl yataqları əsasən Bolivar ştatında yerləşir və bu sahədə 250 min nəfər çalışır.

2008-ci ildə mərhum prezident Hugo Chavez qızıl sektorunu milliləşdirərək hökumətin yeraltı sərvətlər üzərində tam nəzarətini təmin edib.

Venesuelanın digər yeraltı sərvətləri

Ekoloji Mədən İnkişafı Nazirliyinin məlumatına görə, ölkə həmçinin aşağıdakı qiymətli minerallarla da zəngindir:

  • Dəmir

  • Mis

  • Boksit

  • Kömür

  • Nikel

  • Kalton

  • Qızıl

  • Almaz

  • Sink

  • Titan

Bu minerallar Venesuelanı həm iqtisadi, həm də strateji baxımdan dünyanın ən mühüm ölkələrindən birinə çevirib.

ABŞ gəmiləri bölgəyə göndərdi – gərginlik artır

ABŞ “narkotik qaçaqmalçılığı ilə mübarizə” adı altında Karib dənizi və Sakit okeana hərbi gəmilər yerləşdirib.
Sentyabr ayından bəri bu əməliyyatlar zamanı 57 nəfərin öldürüldüyü bildirilir.

Venesuela və Kolumbiya tərəfi bəyan edib ki, öldürülənlərin əksəriyyəti narkotik qaçaqmalçıları deyil, balıqçılar və miqrantlardır.

“Yeraltı xəzinə” uğrunda yeni mübarizə

Ekspertlərin fikrincə, Vaşinqtonun bölgədəki hərbi fəallığı təkcə narkotiklərlə mübarizə deyil, həm də Venesuelanın zəngin yeraltı sərvətlərinə nəzarət planları ilə bağlıdır.

Venesuela isə öz növbəsində sərvətlərinə tam sahib çıxmaqda və milli resurslarını qorumaqda israrlıdır.

Medianews.az

ABD'nin gözünü diktiği ülke! Her yerinden altın, elmas ve petrol fışkırıyor

Bizə qoşulun