Medianews.az
Bir zamanların məşhur aparıcısı anasını qətlə yetirdi -
103 baxış

Bir zamanların məşhur aparıcısı anasını qətlə yetirdi - FOTO

ABŞ-də baş verən dəhşətli hadisə ictimaiyyəti sarsıdıb.

Medianews.az xəbər verir ki, ölkənin aparıcı televiziya kanallarından biri olan Fox 2-nin keçmiş aparıcısı Ancelin Mok anasını bıçaqlayaraq öldürməkdə ittiham olunur.

Hadisə Kanzas ştatının Viçita şəhərində baş verib. Polis əməkdaşları hadisə yerinə çatdıqda 80 yaşlı Anita Aversi qan içində, yataqda hərəkətsiz vəziyyətdə tapıblar. Tibbi müdaxiləyə baxmayaraq, yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Evin həyətində olan 47 yaşlı Ancelin Mok polis tərəfindən saxlanılıb. Onun bədənində kəsik izləri aşkar edilib. Müalicə aldıqdan sonra keçmiş aparıcı dindirilmək üçün bölməyə aparılıb və məhkəmə qərarı ilə 1 milyon dollarlıq girov qarşılığında həbs edilib.

Hüquq-mühafizə orqanları qətlin motivi ilə bağlı istintaqın davam etdiyini, lakin hələlik hadisənin səbəbinin müəyyənləşdirilmədiyini bildiriblər.

Məlumata görə,  Ancelin Mok 2011–2015-ci illərdə Fox 2 telekanalında aparıcı və müxbir kimi çalışıb. Daha sonra satış sahəsinə keçib və son illərdə proqram təminatı şirkətində fəaliyyət göstərib.

Bu hadisə ABŞ mediasında və sosial şəbəkələrdə geniş rezonans doğurub. Mətbuat Ancelin Mokun “televiziya ekranlarından həbsxana divarları arxasına” uzanan faciəvi həyat yolunu müzakirə edir.

Medianews.az

ABD'yi sarsan olay! Ünlü spiker annesini bıçaklayarak öldürdü

ABD'yi sarsan olay! Ünlü spiker annesini bıçaklayarak öldürdü

ABD'yi sarsan olay! Ünlü spiker annesini bıçaklayarak öldürdü

Bizə qoşulun