Medianews.az
Aktrisa dinini dəyişib? -
146 baxış

Aktrisa dinini dəyişib? - FOTO

Aktrisa Meltem Miraloğlu barəsində yayılan evlilik və dinini dəyişməsi ilə bağlı iddialara aydınlıq gətirib. ABŞ-də özündən 48 yaş böyük Patrick Grady ilə evlənərək gündəmə gələn M.Miraloğlu son vaxtlar yenidən evləndiyi və dinini dəyişdiyi xəbərləri ilə müzakirə olunurdu.

Medianews.az xəbər verir ki, sosial media hesabından açıqlama verən aktrisa bu iddiaları təkzib edib.

O bildirib ki, evli deyil, övladı yoxdur və evlənməyi planlaşdırdığı heç bir münasibəti yoxdur. Məltem Miraloğlu dinini də dəyişmədiyini xüsusi vurğulayıb.

Qeyd edək ki, aktrisa daha əvvəl ABŞ-də yaşadığı çətinliklər, sənədlərinin oğurlanması və azadlığının məhdudlaşdırılması ilə bağlı açıqlamaları ilə də diqqət çəkmişdi.

Medianews.az

Bizə qoşulun