Medianews.az
Transxəzər reallığa çevrilir - <span style=color:red>Xəzərin dibi ilə kabel çəkmək üçün araşdırma başlanıb
198 baxış

Transxəzər reallığa çevrilir - Xəzərin dibi ilə kabel çəkmək üçün araşdırma başlanıb

Avropa ilə Asiyanı birləşdirəcək, Xəzərin dibi ilə çəkiləcək fiber-optik kabel xətti üzrə 380 km-lik marşrutun keçəcəyi ərazinin araşdırılmasına başlanıb. Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a deyib ki, bu işi həyata keçirən “Türkan” gəmisi dənizdə rəqəmsal kabel xəttinin çəkiləcəyi sahədə sualtı relyefin, torpaq quruluşunun və texniki şəraitin öyrənilməsini reallaşdıracaq: “Dəniz marşrutunun tədqiqatı sahilyanı ərazilərin təhlili və dəniz dibinin detallı araşdırılması mərhələlərini əhatə edəcək. Tədqiqat ən qısa, təhlükəsiz və ekoloji cəhətdən dayanıqlı marşrutun müəyyənləşdirilməsinə imkan verəcək. Gəmi müasir cihazlarla təchiz olunmuş xüsusi tədqiqat və texniki mühəndislik gəmisidir və araşdırmalar 4 həftəyə qədər davam edəcək. Transxəzər-ə texniki nəzarət və məsləhətçi funksiyasını ABŞ-ın “Pioneer Consulting” şirkəti icra edir. Bütün bunlardan sonra isə yalnız bir əsas iş qalır: kabelin dəniz dibi ilə çəkilişinə start veriləcək”. O .Gündüz xatırladıb ki, son 30 ildə Xəzərin dibi ilə bu tip layihələrin reallaşmasına müxtəlif ölkələr tərəfindən ciddi müqavimətlər olub: “Hazırda görünən odur ki, Azərbaycan və Qazaxıstan (“Azertelecom” və “Kazakhtelecom”) bu nəhəng layihənin reallığa çevrilməsinə xeyli yaxınlaşıb. Layihə Azərbaycanın rəqəmsal tranzit ölkəyə, həmçinin regional data və texnoloji mərkəzə çevrilməsi baxımından strateji əhəmiyyət daşıyır”. Nailə Qasımova, Medianews.az 

Bizə qoşulun