01.08.2025, 10:16
113 baxış
Lamiyə
Ofis işçiləri necə qidalanmalıdır?
“Ofisdə işləyən insanların gün ərzində enerji saxlamağa kömək edəcək müəyyən qidalardan faydalana biləcəyini söyləyib”.
Medianews.az xəbər verir ki, bunu dietoloq Kristen Smit deyib.
Smitin qeyd etdiyi kimi, ofis işçisinin gündəlik menyusunda tam taxıl çörəyi, düyü və makaronda olan kompleks karbohidratlar olmalıdır. Həkim əlavə edib ki, gündə bir neçə porsiya tərəvəz və iki meyvə yemək də vacibdir.
Bundan əlavə, mütəxəssisin fikrincə, orqanizmin toyuq, balıq və paxlalı bitkilərdə ola bilən yağsız proteinə ehtiyacı var. Süd məhsullarına gəldikdə isə, qatqı və konservantlar olmayan ağ yoqurt, həmçinin az yağlı pendir seçmək daha yaxşıdır.
Medianews.az