31.07.2025, 07:54
169 baxış
Lamiyə
Yeznəsini son anda timsahdan xilas etdi
Malayziyada balıqçı nəhəng timsahın hücumundan möcüzəvi şəkildə xilas olub.
Medianews.az xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında Bakoniq rayonu ərazisində, Pəngi çayında baş verib.
57 yaşlı Əziz Sabtu qaynı ilə balıq tutmaq üçün tor tökərkən qəfil yaxınlıqda təxminən dörd metr uzunluğunda timsah peyda olub. Yırtıcı adamın sol əlindən tutub suyun altına sürükləyib.
Timsah qurbanını tutaraq suda iki dəfə yuvarlanıb. Qayını soyuqqanlılığını saxlayaraq yırtıcıya avarla bir neçə dəfə zərbə endirib, onu tutumunu boşaltmağa məcbur edib. Sonra kişini sürünənin dişlərindən qoparıb yenidən qayığa çəkib.
Sabtu ağır xəsarətlər alıb: onun sol gözü zədələnib, sol qolunda, mədəsində və sağ ayağında dərin yaralar aşkar edilib. Yerli klinikada ilkin tibbi yardım göstərildikdən sonra o, müalicəsinin davam etdirilməsi üçün xəstəxanaya aparılıb.
Onun vəziyyəti hazırda stabildir.
Medianews.az