Ekspert bildirib ki, ixtisas seçimində əsas meyar – özünü tanımaqdır: “Hansı sahədə daha güclüsünüz? Nə zaman motivasiyanız yüksəlir? Seçimlərinizi bu sualların cavabına görə yönləndirin.
Gələcək proqnozlarını qiymətləndirin. Seçmək istədiyiniz ixtisas gələcəkdə əmək bazarında nə qədər tələb olunacaq? Hər sahənin arxasında bir karyera dinamikası və gəlir perspektivi dayanır – bunları diqqətlə araşdırın.
Təhsil aldığınız yer də ixtisas qədər önəmlidir. Universitet və ya kollec seçərkən onun tədris səviyyəsi, akademik heyəti, məzunlarının uğur hekayələri, internship imkanları kimi göstəriciləri nəzərdən keçirin. Təkcə adı deyil, real keyfiyyət maraqlı olmalıdır.
Mütəxəssislərlə danışın. Real təcrübəyə malik müəllimlər, sahədə çalışan peşəkarlar sizə ünvanlı və həyatla uzlaşan məsləhətlər verə bilərlər. Təcrübə, kitabdan oxuduğunuz hər bir məlumatdan daha təsirli ola bilər.
Təcrübə və bacarıq qazandıran proqramlara üstünlük verin. Yalnız nəzəriyyə ilə kifayətlənməyən, praktiki təcrübə imkanı olan ixtisaslar gələcəkdə daha çevik və uğurlu olmağınıza zəmin yaradar.
Dəyərlərinizi unutmadan seçim edin. Peşə seçimi gələcək həyat tərzinizin, gündəlik vaxtınızın, sosial münasibətlərinizin də formalaşmasına səbəb olacaq. Ona görə də, şəxsi prioritetlərinizi və dəyərlərinizi bu prosesdə nəzərə almaq vacibdir.
Unutmayın, bu seçim sizin bir ilinizin deyil, bir ömrünüzün başlanğıcıdır. Tələsik yox, təhlillə, təsadüfən yox, tədqiqatla seçin. Qəbul nəticəsi sizin imkanlarınızdır – amma düzgün ixtisas seçimi gerçək fürsətinizdir”.
Nailə Qasımova,
Medianews.az
28.07.2025, 07:58
185 baxış
Azad
İxtisas seçimi necə aparılmalıdır? - Abituriyentlərin nəzərinə
“Abituriyentlərin gələcək həyatlarını formalaşdıran ixtisas seçimi mərhələsi bir imtahan nəticəsindən daha artıq, bir təhsil və karyera strategiyasıdır. Bu, təkcə universitetə qəbul olmaq deyil, kim olmaq istədiyini seçmək deməkdir. Ona görə də bu qərar emosiyalara deyil, əsaslandırılmış düşüncəyə və faktlara söykənməlidir”. Təhsil eksperti Kamran Əsədov Medianews.az-a açıqlamasında belə deyib.

Paylaş: