28.07.2025, 10:28
390 baxış
Azad
Bakı metrosunda yeniliklər: stansiyalara giriş nə vaxt məhdudlaşacaq?
Bakıda yeni metro stansiyalarının (Yaşıl xətt üzrə Y14–Y17 və Bənövşəyi xətt üzrə B5–B8 stansiyaları) tikilməsi, yaşıl və qırmızı xətlərin bir-birindən ayrılması və digər dəyişikliklər planlaşdırılır. Tikinti işləri başlananda bəzi stansiyalar fəaliyyətini bir müddətə tam və ya qismən dayandırmalı olacaq. Məsələn, “Dərnəgül”-“Həzi Aslanov” xətti yalnız “Nizami” stansiyasına qədər fəaliyyət göstərəcək. Bundan başqa, “Həzi Aslanov”-“İçərişəhər” xətləri üzrə qatarlar “28 May” stansiyasında dayanmayacaq.
Bəs bu və digər məhdudiyyətlər nə vaxtdan tətbiq olunaq? Dəqiq vaxt bəllidirmi?
Medianews.az saytının məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə ünvanlandığı sorğuya cavab olaraq bildirilib ki, paytaxt metropoliteninin inkişafı üzrə həyata keçiriləcək yeni layihələr çərçivəsində “Dərnəgül” deposunun tikintisinin birinci mərhələsi başa çatdıqdan sonra xətlərin ayrılması layihəsinə başlanacaq. Tikinti və texniki hazırlıq prosesi və işlərin icrası mərhələli şəkildə həyata keçiriləcək.
“Bakı Metropoliteni” sorğuya cavabında onu da vurğulayıb ki, bu və digər məsələlər, həmçinin hərəkətin təşkili, iş rejimində tətbiq ediləcək dəyişikliklərlə bağlı ictimaiyyətə əvvəlcədən rəsmi məlumat veriləcək.
Nailə Qasımova,
Medianews.az
Paylaş: