24.07.2025, 13:12
116 baxış
Lamiyə
Arif Babayev reanimasiyaya yerləşdirildi
Xalq artisti Arif Babayevin vəziyyəti ağırlaşıb.
Medianews.az APA-ya istinadən xəbər verir ki, bununla bağlı onun oğlu Yaşar Babayev məlumat verib.
Oğlunun sözlərinə görə, 87 yaşlı Arif Babayev Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
O bildirib ki, Xalq artistinin Təcili Tibbi Yardım maşını ilə Bakıdakı xəstəxanalardan birinə gətirilməsi üçün hazırlıq işləri görülür.