23.07.2025, 09:50
300 baxış
Azad
Mərkəzi Bank uçot dərəcəsini ENDİRDİ
Mərkəzi Bankın İdarə Heyəti uçot dərəcəsini 7,25 faizdən 7 faizə endirib.
Medianews.az xəbər verir ki, qərar iyulun 24-də qüvvəyə minəcək.
Uçot dərəcəsi kommersiya banklarına manatla verilən borclar üzrə faiz dərəcəsidir.
7,25 faiz həddi 2024-cü il mayın 2-dən tətbiq olunurdu.
Rəsmi qrafikə görə, uçot dərəcəsinə dair növbəti qərarlar bu tarixlərdə təqdim ediləcək: 10 sentyabr, 22 oktyabr, 10 dekabr.
Medianews.az